[b]TPL-də № 1[/b]
23.04.2018 - 14:41
[b]TPL-də № 1[/b]

Topaz Premyer Liqasının XXIV turu təkcə çempionun deyil, həm də ən yaxşı qapıçının rəsmiləşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, quru oyunlar sayında mövsümün rekordçusu bəllidi.

 

Bu, ardıcıl 5-ci dəfə çempion tituluna yiyələnən “Qarabağ”ın qolkiperi İbrahim Şehiçdi. Azərbaycan çempionatının “1 nömrə”si hamıdan çox – 12 matçda qapısını toxunulmaz saxlayıb. Cəmi 15 matça çıxan və 3 top buraxan bosniya və herseqovinalı qarşılaşmaların 80 faizində “0”a nail olub.

 

“Sumqayıt” üzərində 1:0 hesablı qələbədə də etibarlı oyunu ilə pay sahibi olan Şehiç səfər matçından sonra 2017/18 mövsümünün rekordçusu adını rəsmiləşdirib. Çünki onun ən yaxın izləyicisi Dmitri Bezotosnı 7 quru oyun keçirib. “Qəbələ”nin ukraynalı legioneri son 4 turda top buraxmasa da, rekordçuya çata bilməyəcək.

 

Qeyd edək ki, qol buraxmadığı oyunların sayında 3-cü pilləni Rəşad Əzizli (“Neftçi”) və Fərhad Vəliyev (“Sumqayıt”) bölüşür – hərəyə 6 dəfə.

0