[b]I divizionun neçə klubu TPL-də oynamaq istəyir?[/b]
23.04.2018 - 15:25
[b]I divizionun neçə klubu TPL-də oynamaq istəyir?[/b]

“Avrokubok üçün 7 komanda müraciət edib. “Səbail”in 3 illik fəaliyyəti tamamlanmadığından, onlar sənəd verə bilməzlər”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun müvəqqəti rəhbəri Sərxan Hacıyev deyib.

 

Elçin Məmmədovun UEFA-da işə başlamasından sonra onun vəzifəsini müvəqqəti icra edən Hacıyev Topaz Premyer Liqa (TPL) klublarının avrokuboklar üçün təqdim etdikləri sənədlərdə ciddi problem aşkarlanmadığını söyləyib: “Klubların sənədlərinə hazırda baxılır. Bu prosesə mayın ortalarında son qoyulacaq və yığılan sənədlər komissiyaya təqdim olunacaq. Təxminən mayın 10-15-i aralığında komissiyanın iclasının keçirilməsi planlaşdırılır. Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, ciddi problem yoxdu. Düzdü, hələ bəzi sənədlərin təqdim olunmasını gözləyirik. Hansısa klubun sənədində çatışmazlıq olduqda onlara yolunu göstəririk və düzəliş etmələri üçün vaxt qoyuruq”.

 

AFFA-nın baş katibinin müavini gələn mövsüm Premyer Liqada iştirak edəcək klubların müraciətlərinə də baxıldığını bildirib: “Premyer Liqa klubları ilə yanaşı, I divizion təmsilçiləri də yüksək liqada iştirakla bağlı müraciət ediblər. İdman prinsiplərinə görə, adlarını deyə bilmərəm. Ancaq I divizionda 10 klub mübarizə aparırsa, onların 50 faizindən azı müraciət edib. Onlar da sənədlərini verirlər. Çatışmazlıq yarandıqda xəbərdarlıq edirik, düzəldirlər. Əsas meyarlardan biri maliyyədi. Müraciət edən klublar da fəaliyyətlə bağlı zəmanət sənədlərini təqdim edirlər. Bizi ən çox narahat edən məsələ odu ki, lisensiya verdiyimiz klub sabah ortada qalmasın. Hələlik sənədlərin ürəkaçan vəziyyətdə olduğunu deyə bilərəm”.

 

0