[b]“Mourinyo ilə problemim yoxdu”[/b]
23.04.2018 - 15:56
[b]“Mourinyo ilə problemim yoxdu”[/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Canal Football”un canlı efirində baş məşqçisi Joze Mourinyo ilə olan münasibətləri barədə danışıb. Apasport.az saytının məlumatına görə, fransız futbolçu çalışdırıcı ilə aralarında heç bir problem olmadığını xüsusi vurğulayıb:

 

“Nə mənim Mourinyo ilə bir problemim var, nə də onun mənlə. O, qərar qəbul edir, mən isə bir oyunçu kimi onun qərarı ilə razılaşıram. İndillik “Mançester Yunayted”dəyəm. Ümumiyyətlə, təkcə indini düşünürəm”.

 

Qeyd edək ki, daha öncə Mourinyonun və Poqba arasındakı münasibətlərin pis olduğu və gənc ulduzun bu səbəbdən “Mançester Yunayted”i tərk etmək istədiyi barədə xəbərlər yayılmışdı.

0