[b]Mövsümün ən çox qazanan futbolçu və məşqçisi kimdi?[/b]
23.04.2018 - 17:24
[b]Mövsümün ən çox qazanan futbolçu və məşqçisi kimdi?[/b]

Dünyanın ən çox qazanan futbolçu və məşqçilərinin siyahısı açıqlanıb. Apasport.az saytının “France Football”a istinadən məlumatına görə, 2017-18 mövsümündə ən çox gəlir əldə edən oyunçu Lionel Messidi.

 

“Barselona”nın argentinalı superulduzunun cari mövsümdəki ümumi qazancı 126 milyon avro təşkil edəcək. Bu məbləği maaş, bonuslar və reklam gəlirləri əhatə edir. İkinci yerdə 94 milyon avro ilə “Real”ın qol “silahı” Kriştianu Ronaldo qərarlaşır. PSJ-nin lideri Neymar isə 81,5 milyonla ilk “üçlüy”ü qapayır.

 

Mövsüm ərzində ən çox pul qazanan məşqçi “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyodu – 26 milyon avro. Çin millisinin baş məşqçisi Marçelo Lippi (23 milyon) 2-ci, “Atletiko”nun “sükanı arxası”nda dayanan Dieqo Simeone (22 milyon) isə 3-cü olub. “Real”ın baş məşqçisi Zinəddin Zidan 21 milyon avro ilə siyahının 4-cü pilləsində özünə yer edə bilib.

0