[b]“Karyeramı “Real”da bitirmək istəyirəm”[/b]
23.04.2018 - 17:30
[b]“Karyeramı “Real”da bitirmək istəyirəm”[/b]

“Real”ın yarımmüdafiəçisi Luka Modriç gələcəyi barədə açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı futbolçu karyerasını Madrid klubunda bitirmək niyyətindədi. Bu, baş tutmayacağı təqdirdə isə Modriç MLS-ə üz tuta bilər.

 

“Gələcəkdə nə baş verəcəyini heç kim bilmir. “Real”la iki illik müqaviləm var. Burda xoşbəxtəm və həmişə də demişəm ki, mümkün olacağı təqdirdə, karyeramı “Real”da bitirmək istəyirəm. Yox, əgər alınmasa, o zaman MLS-də gücümü yoxlayacam” – deyə, Luka Modriç bildirib.

0