[b]Millimiz Rusiya yığması ilə qarşılaşacaq[/b]
23.04.2018 - 17:52
[b]Millimiz Rusiya yığması ilə qarşılaşacaq[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi 2 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, komandamız Rusiyanın 16 yaşadək qızlardan ibarət yığması ilə qarşılaşacaq.

 

Hər iki görüş Bakıda baş tutacaq. Aprelin 25-də və 28-də keçiriləcək görüşlər “Dalğa Arena”da keçiriləcək. İlk oyun saat 17:00-da, ikinci matç 12:00-da başlayacaq.

 

Yığmamızın baş məşqçisi Siyasət Əsgərov bu qarşılaşmalara 22 futbolçu dəvət edib: Zərin Şirinli (“Amasya”), Nərgiz Əliyeva, Nigar Mirzəliyeva, Coşqunə Əliyeva (hamısı “Baku City “), Ləman Əmirli (“Əhmədli Yunayted”), Ləman Niftəliyeva, Alina Nahmadova (hər ikisi “Fidan”), Aytac Feyzullayeva (“Gənclik”, Şəki), Ləman Mustafazadə (“İmişli”), Milana Rəhimova, Pərvin Səfərəliyeva (hər ikisi “Keşlə”), Çinarə Musalova (“Naftalan”), Yasmin Abdullayeva (“Neftçi”), Fidan Cəfərova, Nahidə Məmmədova (hər ikisi “Şəki”), İlahə Əkbərova, Züleyxa Zamanlı, Fatimə Əhmədli, Lamiyə Əlizadə, Rübabə Atakişizadə  (hamısı “Təhsil”), Samirə Aşırova, Aysun Muradova (hər ikisi “Zaqatala”).

 

Mənbə: affa.az

0