[b]Millimiz turnirə bərabərliklə başladı[/b]
23.04.2018 - 19:30
[b]Millimiz turnirə bərabərliklə başladı[/b]

Türkiyənin Antaliya şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız ilk oyununu keçirib. Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb.

 

Oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın qoluna Mehrac Baxşəliyev imza atıb.


Qeyd edək ki, aprelin 25-də keçiriləcək növbəti oyunda yığmamız Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət komandası ilə qarşılaşacaq.

0