[b]DÇ-2018: Argentina millisində itki: mundialı buraxa bilər[/b]
23.04.2018 - 20:21
[b]DÇ-2018: Argentina millisində itki: mundialı buraxa bilər[/b]

"Milan”ın yarımmüdafiəçisi Lukas Bilya sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı oyunçu A seriyasının XXXIV turunda “Benevento” ilə qarşılaşmada zədələnib.

 

Klubun həkimləri zədənin ciddi olduğunu və Bilyanın mövsümü başa vurduğunu açıqlayıblar. Hətta Argentina millisinin üzvünün Rusiyada keçiriləcək dünya çempionatını buraxmaq ehtimalı da var.

 

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyul tarixləri arasında keçiriləcək.

0