[b]Muradov oynadı, komandası uduzdu[/b]
23.04.2018 - 21:23
[b]Muradov oynadı, komandası uduzdu[/b]

Çexiya yüksək liqa klublarının gənclərdən ibarət komandaları arasında çempionatda növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Rövlan Muradovun şərəfini qoruduğu “Slaviya” “Viktoriya”nın qonağı olub.

 

Elitada qalmaq uğrunda yarışan “10-luq”da yer alan Praqa təmsilçisi Plzen səfərindən 0:2 hesablı məğlubiyyətlə dönüb. Start heyətində meydana çıxan Rövlan qarşılaşmanı əvəz edilmədən keçirib.

 

Qeyd edək ki, “Slaviya” 3 turdan sonra 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

0