[b]“Sumqayıt”ın rəhbəri nazir təyin olundu[/b]
23.04.2018 - 21:42
[b]“Sumqayıt”ın rəhbəri nazir təyin olundu[/b]

“Sumqayıt” klubunun Müşahidə Şurasının sədri Muxtar Babayev yeni vəzifəyə təyin edilib. Apasport.az saytının məlumatına görə, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri ekologiya və təbii sərvətlər naziri təyin olunub.

 

O, bu vəzifəyə Azərbaycan prezidenti İlham Əliyevin “Nazirlər Kabinetinin yeni tərkibi haqqında” 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən təyin olunub.

 

Qeyd edək ki, indiyədək bu vəzifəyə Hüseyn Bağırov rəhbərlik edirdi.

0