[b]PSJ, İngiltərə, “Monako” – Venger hara gedir?[/b]
23.04.2018 - 22:11
[b]PSJ, İngiltərə, “Monako” – Venger hara gedir?[/b]

Mövsümün sonunda “Arsenal”dan ayrılacağı dəqiqləşən baş məşqçi Arsen Venger karyerasını bitirmək niyyətində deyil. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, fransız mütəxəssis bir neçə variantı dəyərləndirə bilər.

 

İddialardan ilkinə görə, Venger yığma komandalarda çalışmağa “isti” yanaşır. 2016-cı ildə o, İngiltərə millisinin baş məşqçisi postunda Roy Hodsonu əvəzləməkdə maraqlı idi.

 

Digər ehtimala görə, PSJ Vengeri idman direktoru vəzifəsinə gətirmək istəyir. “Le Parisien” də bu iddianı təsdiqləyib.

 

Həmçinin, 68 yaşlı çalışdırıcının Leonardu Yardimdən sonra “Monako”nu və ya Sem Ellardays ayrıldıqdan sonra “Everton”u çalışdırmaq imkanları da var.

0