Futbolda qeyri-adi hərəkət: hakimə qarşı simulyasiya - VİDEO

Yunanıstan çempionatında qeyri-adi hadisə baş verib. Apasport.az saytının məlumatına görə, XXVIII turda keçirilən “Apollon” – “Olimpiakos” qarşılaşmasında qonaqların futbolçusu Marko Marin qəribə hərəkətlə yadda qalıb.

 

Belə ki, matça əlavə edilmiş 1-ci dəqiqədə hakimin qərarına kəskin şəkildə etiraz edən almaniyalı yarımmüdafiəçi qarışıqlıq zamanı referinin ona toxunmasından sonra özünü yerə atıb. Adətən qarşıda rəqib futbolçu olduğu zaman futbolçu özünü yerə ataraq, onun vərəqə almasına çalışır. Ancaq Marin simulyasiyanı hakimə qarşı etməklə özü sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, görüş “Apollon”un 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10