[b]Millimiz “AGF Junior Trophy”yə bürünc medalla başladı[/b]
24.04.2018 - 09:23
[b]Millimiz “AGF Junior Trophy”yə bürünc medalla  başladı[/b]

Bakıda gənclər arasında bədii gimnastika üzrə “AGF Junior Trophy” yarışına start verilib. Apasport.az saytının məlumatına görə, paytaxtımızda ilk dəfə təşkil olunan turnirin ilk günü yığma komandamız üçün uğurlu alınıb.  

 

Belə ki, millimiz komanda hesabında fərqlənərək, bürünc medal qazanıb. Dərya Farşbafşəhriyari və Arzu Cəlilova bütün alətlər üzrə çıxışlarının nəticəsinə əsasən ümumilikdə 89.250 xal toplayıblar. Komanda yarışlarında qızıl medala Rusiya, gümüş medala isə Belarus komandası layiq görülüb.

 

Gənc və perspektivli gimnastımız Arzu Cəlilova, həmçinin icra üzrə ən yüksək xal alaraq “AGF Trophy” kubokuna da yiyələnib.

 

Qeyd edək ki, yarışda bu gün ayrı-ayrı alətlər üzrə final mərhələləri baş tutacaq. 

 

0