[b]“Qəbələ”nin zədəliləri nə vaxt qayıdır?[/b]
24.04.2018 - 12:14
[b]“Qəbələ”nin zədəliləri nə vaxt qayıdır?[/b]

Topaz Premyer Liqasının XXV turunda “Kəpəz”lə qarşılaşacaq “Qəbələ” matçın hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın heyətlə bağlı problemləri davam edir.

 

Bir müddətdi zədədən əziyyət çəkən və ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” ilə cavab görüşünə ağrıkəsici iynənin köməkliyi ilə çıxan qapıçı Dmitri Bezotosnı fərdi məşqlərlə kifayətlənir. Ukraynalı qolkiper, çox güman ki, “Kəpəz”lə matçda da çərçivədəki yerini tuta bilməyəcək.

 

XXI turda “Sumqayıt”la oyunda zədələnən və 3 həftədi yaşıl meydanlardan uzaq qalan müdafiəçi Vitali Vernidub da hələlik fərdi hazırlıq keçir. Onunla yanaşı, “Neftçi” ilə kubok matçında zədələnərək əvəzlənən digər mərkəz müdafiəçisi Vojislav Stanokviç də tam hazır deyil. O da komanda yoldaşları kimi, kollektivdən ayrı məşq edir.

 

“Kəpəz”lə oyuna hələ 4 gün vaxt qaldığından, zədəlilərin matça yetişib-yetişməyəcəyi bəlli deyil. Baş məşqçi Roman Qriqorçuk onların ilk növbədə komanda ilə birgə məşq etməsini gözləyir. Ancaq ukraynalılarla müqayisədə serbiyalının oynamaq ehtimalı daha yüksək görünür.

 

Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” qarşılaşması aprelin 28-də keçiriləcək.

0