[b]“Beşiktaş”ın Azərbaycan planı: Ronaldonu Bakıya gətirmək istəyir[/b]
24.04.2018 - 12:29
[b]“Beşiktaş”ın Azərbaycan planı: Ronaldonu Bakıya gətirmək istəyir[/b]

“Beşiktaş”ın Azərbaycana gələcəyi tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bunu İstanbul təmsilçisinin  prezidenti Fikrət Orman deyib.

 

Bu günlərdə Azərbaycan “Beşiktaş”lılar Dərnəyi tərəfindən təşkil olunan turnirin açılışı üçün Bakıda olan klub prezidenti azarkeşlərlə də görüş keçirmişdi. O, yerli mətbuata açıqlamasında ölkəmizdə böyük işlər görəcəklərini deyib.

 

Bakıda “Qartal Yuvası” mağazasını açmağı qərara alan Orman açılışa bir neçə müğənni və komandanın futbolçularının gələcəyini vurğulayıb. O, eyni zamanda “Beşiktaş”ın sentyabrda Azərbaycana gələcəyini əlavə edib: “Bu il Azərbaycanın 100-cü ildönümüdü. Sentyabrda “Beşiktaş” klubu olaraq Bakıya gələcək və burda yoxlama görüşü keçirəcəyik. Bir də gördünüz, həmin vaxt Kriştianu Ronaldonu da bura gətirdik”.

 

Qeyd edək ki, Türkiyə KİV-nin iddiasına görə, “Beşiktaş” ölkəmizdə “Qarabağ”la yoxlama görüşü keçirəcək.

0