“Siyasətdə məşqçilik qədər pul yoxdu” - Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Guardian”da müsahibə verib. Apasport.az saytının məlumatına görə, alman mütəxəssis söhbətin bir bölümündə siyasət barədə danışıb.

 

Xüsusilə, “Brexit” mövzusuna toxunan Kloppa jurnalist tərəfindən “Bir gün siyasətlə məşğul olmaq istərdinmi” sualı ünvanlanıb. “Siyasətdə, onunla maraqlanmaq xaricində heç bir bacarığım yoxdu. Siyasətçilərin normal insanlar kimi danışması xoşuma gəlir, ancaq işin özü çox çətindi. Odu ki, siyasətdəki yaxşı insanların qeydinə qalmalıyıq, onlardan çox qalmayıb. Bu, bir az məşqçiliyə bənzəyir. Minlərlə adam futbolla maraqlanır, ancaq onların bəziləri bu sahədə lazım olan bütün bacarıqlara sahibdilər. Siyasət daha da mürəkkəbdi. Heç vaxt siyasətlə məşğul olmazdım” – deyə, Klopp bildirib.

 

Onun sözlərinə görə, bir digər faktor futbolda daha çox maliyyənin olmasıdı: “Angela Merkelin ildə iki həftə istirahəti olur. Bu, mənim tətil günlərimdən belə, azdı, odu ki, bu sahə qəti mənə görə deyil. Həm də, siyasətdə məşqçilik qədər pul da yoxdu. Odu ki, mən “Liverpul”a sadiq qalıram”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10