[b]“Bakıda gəzməli-görməli yerlər çox idi” - Lens Stroll[/b]
24.04.2018 - 16:15
[b]“Bakıda gəzməli-görməli yerlər çox idi” - Lens Stroll[/b]

“Bakı ilə bağlı əla təəssüratlarım var. Çünki mən “Formula-1”dəki ilk podiumuma orda qalxmışam. Belə hadisə də unudulmur”. Apasport.az saytının məlumatına görə, bunu “Uilyams”ın kanadalı pilotu Lens Stroll deyib.

 

O, aprelin 27-29-da ölkəmizdə keçiriləcək Azərbaycan Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. Ötən il Bakıda üçüncü olan Stroll paytaxtımız haqda xoş sözlər söyləyib: “Bakıda təkcə tras əla deyil, həm də şəhər çox maraqlıdı. Ötən ilə qədər heç vaxt burada olmamışdım. Hər şey mənim üçün yenilikdi və gəzməli-görməli yerlər çox idi. Trasa gəlincə, uzun və çox texnikalı dairəyə malikdi. Bu şəhər trası olduğundan divarların əhatəsində səhv etmək şansın da olmur”.

0