“Frans Futbol” İnyestadan üzr istədi

Fransanın məşhur nəşri “Frans Futbol” nəşri Andreas İnyestadan üzr istəyib. Apasport.az saytının məlumatına görə, hər il dünyanın ən yaxşı futbolçusunu “Qızıl Top” mükafatı ilə təltif edən nəşr İnyestanın bu mükafatı ala bilməməsi səbəbindən üzrxahlıq edib.

 

Qəzetin baş direktoru Paskal Ferre son buraxılışda “Bağışla, İnyesta” adlı məqalə çap etdirib.

 

Qeyd edək ki, İspaniya millisinin yarımmüdafiəçisi karyerasında bir dəfə bu mükafatı almağa çox yaxın olub. 2010-cu il dünya çempionatında finalda Hollandiyaya həlledici qolu vuraraq komandasını çempion edən İnyesta həmin il keçirilən səsvermədə “Barselona”dakı tərəf müqabili Messidən sonra ikinci olmuşdu.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10