“Ronaldonun heç bir zəif cəhəti yoxdu” – “Bavariya”nın müdafiəçisi

Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la qarşılaşacaq “Bavariya”nın müdafiəçisi Jerom Boatenq rəqib komandanın hücumçusu Kriştiano Ronaldo haqqında danışıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi UEFA-ya açıqlamasında portuqaliyalı oyunçu haqqında təriflə danışıb.

 

“Kriştiano möhtəşəm idmançıdı. Onun heç bir zəif cəhəti yoxdu. “Real” çox güclü hücuma, yarımmüdafiəyə və yaxşı müdafiə xəttinə malikdi. Məhz buna görə onlar ardıcıl iki il Çempionlar Liqasını qazanıblar. Lakin biz də öz gücümüzə inanırıq və qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Həmişə Ronaldo kimi güclü futbolçulara qarşı oynamağı arzulamışam. Bu, özünü təkmilləşdirmək baxımından əvəzsizdi” – deyə Almaniya millisinin üzvü bildirib.

 

Qeyd edək ki, “Bavariya” - “Real” matçı sabah saat 22:45-də başlayacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10