[b]“Real”dan əzmkar qələbə - YENİLƏNİB[/b]
26.04.2018 - 00:38
[b]“Real”dan əzmkar qələbə - YENİLƏNİB[/b]

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün yeganə qarşılaşması Münhendə keçirilib.

 

Avrokuoklarda ən çox üz-üzə gələn iki komanda – “Bavariya” və “Real” Almaniya təmsilçisinin meydanında qarşılaşıb. Bundesliqa klubu qarşılaşmada hesabı açmağa müvəffəq olsa da, üstünlüyünü qoruya bilməyib.

 

Belə ki, Kimmixin qoluna İspaniya nəhəngi iki topla cavab verib. İlk yarıda Marselo bərabərlik qoluna imza atıbsa, fasilədən sonra Asensio “Kral klubu”na qələbə qazandıran topun müəllifi olub.

 

Çempionlar Liqası

Yarımfinal (ilk oyunlar)

25 aprel

 

“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2

Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Münhen, “Alyans Arena”

“Bavariya”: Ulrayx, Rafinya, Boatenq, Hummels, Kimmix, Xavi Martines, Hames Rodriges, Müller, Robben, Levandovski, Riberi

“Real”: Navas, Karvaxal, Ramos, Varan, Ronaldo, Kroos, Modriç, Marselo, Kazemiro, Vaskes, İsko

0