Kurtua millinin baş məşqçisini məhkəməyə verdi

“Çelsi”nin və Belçika millisinin qolkiperi Tibo Kurtua yığmanın sabiq baş məşqçisi Mark Vilmotsu məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, qapıçı bu barədə tvitter hesabında yazıb:

 

“İlk dəfə deyil ki, Vilmots ictimaiyyət önündə məni və atamı təhqir edir, nüfuzuma xələl gətirməyə çalışır. Bu səbəbdən də, onu məhkəməyə vermək qərarına gəldik. Dəymiş zərər müqabilində kompensasiya tələb edirik”.

 

Qeyd edək ki, Mark Vilmots Tibo Kurtuanı Belçika yığmasının planı barədə atasını məlumatlandırmaqda günahlandırmışdı. Onun iddialarına görə, Kurtuanın atası həmin informasiyanı media nümayəndələrinə ötürüb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10