[b]AFFA Məmmədovların səhvini düzəltdi[/b]
25.04.2018 - 12:56
[b]AFFA Məmmədovların səhvini düzəltdi[/b]

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında Topaz Premyer Liqasının XXIV turunda baş verən neqativ hallara hüquqi qiymət verilib. Apasport.az saytının məlumatına görə, İK iki referinin səhvini də düzəldib.

 

“Keşlə” – “Zirə” (2:1) matçının baş hakimi Orxan Məmmədov 45-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə vermişdi. “Neftçi” – “Qəbələ” (1:0) qarşılaşmasında isə İnqilab Məmmədov 63-cü dəqiqədə bakılıların yarımmüdafiəçisi Emin Mahmudovu ikinci sarı vərəqə ilə meydandan qovmuşdu.

 

İntizam Komitəsi epizodların video yazısına baxdıqdan sonra referilərin vəziyyətləri düzgün qiymətləndirmədiklərini üzə çıxarıb. Nəticədə həm Sadıqlı, həm də Mahmudovun sarı vərəqəsi ləğv edilib.

0