[b]“Barselona” Pikeyə əvəzləyici tapdı[/b]
25.04.2018 - 13:48
“Çelsi”nin müdafiəçisi Markos Alonso karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytının Goal.com-a istinadən məlumatına görə, “Barselona” ispan futbolçunun xidmətində maraqlıdı.
Uzun müddətli planlar quran katalon klubu Alonsonu müdafiənin mərkəzində 31 yaşlı Jerar Pikenin əvəzləyicisi qismində düşünür. Maraqlıdı ki, Markos “Çelsi”də tamamilə fərqli mövqedə çıxış edir. Buna rəğmən, uzun boyu, “taktiki savad”ı və topla rəftar etmə bacarığı səbəbindən, “Barselona” onun “stopper” kimi komandaya faydalı olacağını düşünür.
Qeyd edək ki, Alonsonun “Çelsi” ilə olan müqaviləsi 2021-ci ildə başa çatır.
0
0