[b]“Adımın “Bavariya” ilə hallanması fəxrdi” - Beyl[/b]
25.04.2018 - 15:17
[b]“Adımın “Bavariya” ilə hallanması fəxrdi” - Beyl[/b]

Son günlərdə “Real”ın yarımmüdafiəçisi Qaret Beylin adı “Bavariya” ilə birlikdə hallanır. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, uelsli futbolçu “Real”da xoşbəxt olduğunu deyib.

 

“Bavariya” möhtəşəm heyətə sahibdi. Avropanın ən uğurlu klublarından biridilər. Ancaq mən “Real”da oynadığıma görə xoşbəxtəm” – deyə, Beyl bildirib.

 

Qaret əlavə edib: “Adımın “Bavariya” ilə hallanması mənim üçün fəxrdi, ancaq hazırda “Real”ın oyunçusuyam”.

 

Qeyd edək ki, “Real” bu gün Çempionlar Liqasının yarımfinalı çərçivəsində “Bavariya”nın qonağı olacaq.

0