“Arsenal” Luis Enrikeyə daha yaxındı

“Arsenal”ı Arsen Vengerdən sonra kimin çalışdıracağı hələlik bəlli deyil. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrikenin şansları digər mütəxəssislərlə müqayisədə daha çoxdu. Buna rəğmən, məsələ ilə bağlı yekun qərar verilməyib.

 

“Arsenal” rəhbərliyi Luis Enrikenin əsas alternativ olduğu mövzusunda eyni fikirə gələcəkləri təqdirdə, ispan mütəxəssis uğrunda gedən mübarizədə “Çelsi”ni qabaqlayacaqlarından əmindilər.

 

“Çelsi”nin mövsüm sonunda klubdan ayrılması gözlənilən Antonio Konteni Enrike ilə əvəzləmək istədiyi yazılır. Ancaq 47 yaşlı məşqçinin illik minimum 15 milyon funt sterlinq məvacib tələb etməsi “zadəganlar”ı o qədər də qane etmir.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10