[b]“Fənərbaxça” – “Beşiktaş”: Qaldığı yerdən...[/b]
25.04.2018 - 16:18
Türkiyə Kubokunda yarımfinal mərhələsinin “Fənərbaxça” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Türkiyə Futbol Federasiyası verib.
Qalmaqallı derbi mayın 3-də yarımçıq dayandırıldığı 57-ci dəqiqədən etibarən davam edəcək. Lakin matçın qalan hissəsi boş tribunalar önündə keçiriləcək.
Qeyd edək ki, “Şükrü Saraçoğlu” stadionunda keçirilən “Fənərbaxça” – “Beşiktaş” görüşü 0:0 olarkən azarkeşlərin meydana yad əşyalar atması səbəbindən təxirə salınmışdı. Komandalar arasında baş tutan ilk qarşılaşmada isə 2:2 hesabı qeydə alınmışdı.
0
0