[b]“Onun “Real”a keçidi mətbuatın fantaziyasıdı”[/b]
25.04.2018 - 19:30
[b]“Onun “Real”a keçidi mətbuatın fantaziyasıdı”[/b]

“Bavariya”nın baş məşqçisi Yupp Haynkes komandanın hücumçusu Robert Levandovskinin “Real”ın maraq dairəsində olmasına münasibət bildirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu keçidi real saymır.

 

O, İspaniya klubu ilə transfer məsələsini müzakirə etmədiklərini söyləyib: “Dediyiniz məsələ klublar arasında müzakirə olunmayıb. Bu, mətbuatın fantaziyasıdı və yalnız jurnalistlərin təsəvvüründə mövcuddu. “Bavariya” Levandovskidən məmnundu. O, “Borussiya”da yaxşı çıxış edirdi və “Bavariya”ya keçdikdən sonra ən yaxşı oyununu göstərir. Çox qol vurur, komandaya xeyir verir. Robert komanda üçün meydanda hər şeyini qoyur və daim formada olur. Buna görə də, Levandovskinin gələcəyini müzakirə etmək istəmirəm”.

 

Qeyd edək ki, Robert Levandovski 2014-cü ildən “Bavariya”nın formasını geyinir.

0