[b]Yığmamız Gürcüstanla bacarmadı[/b]
25.04.2018 - 19:37
[b]Yığmamız Gürcüstanla bacarmadı[/b]

Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

 

Aprelin 27-də keçiriləcək növbəti oyunda yığmamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

 

Qeyd edək ki, millimiz turnirdəki ilk matçında Türkiyənin 2004-cü il təvəllüdlülərdən ibarət komandası ilə heç-heçə edib – 1:1.

 

Mənbə: affa.az

0