[b]“Aradan qaldırılması vacib çox nöqsanlar var” – millimizin baş məşqçisi[/b]
25.04.2018 - 19:43
[b]“Aradan qaldırılması vacib çox nöqsanlar var” – millimizin baş məşqçisi[/b]

“Beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov deyib.

 

Antalya şəhərində təşkil olunmuş turnirdə Gürcüstan komandasına 1:2 hesabı ilə uduzan millimizin çalışdırıcısı oyunla bağlı affa.az-a açıqlama verib: “Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsanlar var. Gürcüstan yığması oyunu əsasən müdafiədən qursa da, oyun intizamı yüksək səviyyədə idi. Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Milli komandada oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harada olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdur, çalışmalıyıq”.

0