“Hər iki tərəf riskdən çəkindi” – Maqnus Karlsen

"Açılışda yenilik etmək istədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri şahmat üzrə dünya çempionu Maqnus Karlsen deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayan norveçli görüş haqda fikirlərini ənənəvi mətbuat konfransında açıqlayıb: “Amma üstünlük əldə olunmadı. Karyakinlə bir-birimizi yaxşı tanıyırıq. Ona görə hər iki tərəf riskdən çəkindi. Belə də heç-heçə qaçılmaz oldu. İstirahət günündən sonra oynamaq asan olmur. Fikrimcə son 3 tur iştirakçılar üçün həlledici olacaq".

Norveç şahmatçısı istirahət günündə keçirilən futbol turniri haqqında fikirlərini bildirib: "Fikrimcə futbol turniri maraqlı alındı. Həyəcanlı anlar yaşadıq. Əcnəbi şahmatçılardan formalaşan "Dünya yığması" çox yaxşı oyun sərgilədi. Sergey Karyakin oynamasa da, köməkçisi Denis Xismatulin bizə çox kömək etdi. Qələbəmizdə onun özünəməxsus rolu var. Futbol oyunundan həzz aldım". 
 

Mənbə: shamkirchess.com

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10