[b]Azərbaycanlılardan heç-heçə, Karlsen zirvədə - YENİLƏNİB[/b]
26.04.2018 - 20:14
[b]Azərbaycanlılardan heç-heçə, Karlsen zirvədə - YENİLƏNİB[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, yarışda bu gün VII turun oyunları keçirilib.

 

Bu tur azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov arasında duellə əlamətdar olub. Görüş bərabərliklə yekunlaşıb.

 

Digər şahmatçımız Rauf Məmmədov isə liderlər qrupunda yer alan Aniş Giri ilə xalları yarı bölüb.

 

Bu tura qədər lider olan Veselin Topalova qalib gələn Maqnus Karlsen isə zirvəni bolqarıstanlı qrossmeysterdən təhvil alıb. 

 

“Shamkir Chess 2018”

VII tur

26 aprel

 

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5

David Navara (Çexiya, 2745) - Dinq Liren (Çin, 2778) - 0:1

Rauf Məmmədov (Azərbaycan, 2704) - Aniş Giri (Hollandiya, 2777) - 0.5:0.5

Maqnus Karlsen (Norveç, 2843) - Veselin Topalov (Bolqarıstan, 2749) - 1:0

Radoslav Voytaşek (Polşa, 2744) - Sergey Karyakin (Rusiya, 2778) - 0.5:0.5

 

Turnir cədvəli: Karlsen – 4.5 xal, Topalov, Qiri, Liren – 4, Məmmədov, Rəcəbov, Karyakin – 3.5, Məmmədyarov, Voytaşek – 3.

0