[b]Dünya çempionatına 2-ci vəsiqə sahibini tapdı[/b]
26.04.2018 - 09:30
[b]Dünya çempionatına 2-ci vəsiqə sahibini tapdı[/b]

KONKAKAF zonasında Çempionlar Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Meksikanın “Qvadalaxara” klubu Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin ən yaxşısı adını qazanıb.

 

Tarixində 2-ci dəfə bu titula sahib olan komanda finalda Kanada təmsilçisi “Toronto”dan güclü olub. İlk görüşdə 4:2 hesabı ilə qalib gələn meksikalılar səfərdə 1:2 hesabı ilə uduzsa da, kuboka sahib çıxıb.

 

İlk dəfə bu kuboku qazandığı 1962-ci ildən 56 il sonra zonanın ən yaxşısı olan “Qvadalaxara” bununla da klublararası dünya çempionatına vəsiqə əldə edib. Meksika klubu dekabrın 12-22-də BƏƏ-də baş tutacaq yarışa ikinci vəsiqənin sahibi olub. Onlara qədər Asiyanın ən yaxşısı olan BƏƏ “Əl-Əyn” komandası bu hüquqa yiyələnib.

 

"Qvadalaxara" vo vtoroy raz vıiqrala Liqu/Kubok çempionov. Komanda v 1962 qodu stala pervım obladatelem trofeə. Vseqo meksikanskie klubı vıiqrali 33 turnira iz 54.

 

0