Asan gəzinti

Sabah Topaz Premyer Liqasında XXV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turda turnir cədvəlinin ilk yarısında qərarlaşanlar aşağı “dördlük”lə üz-üzə gələcək.

 

Bu səbəbdən turu böyük ölçüdə iddialıların asan gəzintisi də hesab etmək olar. Düzdü, Bakı derbisində “Keşlə”nin qonağı olacaq “Neftçi”ni nisbətən çətin matç gözləyir. Amma “ağ-qaralar”ın cari mövsümdə rəqibinə xal vermədiyini nəzərə alsaq, bu matç da digər üç qarşılaşmadan çox fərqlənmir.

 

Tura Zirədə start veriləcək. Artıq çempionluğu təmin edən “Qarabağ” bu titulun 6 qat qalibi kimi ilk matçına çıxacaq. Qurban Qurbanovun yetirmələri özləri üçün formal oyunda uğursuzluq zolağında vurnuxan “Zirə” ilə üz-üzə gələcək. 10 turdu qələbə nə olduğunu bilməyən, cəza üzündən baş məşqçisindən məhrum qəsəbə təmsilçisi öz meydanında tarixi ərzində udmadığı rəqibə sensasiya yaşatmağa çalışacaq. Çünki növbəti xal itkisi zirəliləri avrokubok xəyalından daha da uzaqlaşdıracaq. Əslində, 16 turdu uduzmayan “Qarabağ”ın heyətdə də problemləri olan rəqib qarşısında aciz qalması da inandırıcı görünmür.

 

İkinci oyun günü paytaxt derbisi ilə başlayacaq. 8 oyundu uduzmayan “Neftçi” Avropa Liqasına bir addım da yaxınlaşmaq üçün “Keşlə”ni də itkisiz keçməlidi. Tərlan Əhmədovun yetirmələri ardıcıl 3-cü qələbəni qazansa, ən azı bir günlük 3-cü pilləyə yüksələcək və “Sumqayıt”ın büdrəməsinə ümid edəcək. Çempionatda iddiası olmayan “Keşlə” isə ardıcıl qol vurduğu oyunların sayını 11-ə çatdıra bilər. Yuri Maksimovun yetirmələri 2018-ci ildə keçirdiyi bütün matçlarda rəqib qapısına yol tapıb.

 

Mükafatlara iddialı “Qəbələ” çempionatın autsayderi “Kəpəz”i qəbul edəcək. Roman Qriqorçukun yetirmələri 5 oyunluq qələbə həsrətini qırmaq üçün meydana çıxacaq. I dövrədə evdə bu rəqibə uduzan “qırmızı-qaralar” doğma azarkeşlər önündə həmin məğlubiyyəti unutdurmaq əzmindədi. Qərblilər isə rəqibi büdrətməklə xal aktivini artırmağa ümid edir. Yunis Hüseynovun yetirmələri Premyer Liqada yerini qorumaq üçün mütləq xal qazanmalıdı.

 

Tura Sumqayıtda yekun vurulacaq. Daha bir avrokubok iddiaçısı öz meydanında “Səbail”i sınağa çəkəcək. Samir Abasovun yetirmələri ölkə kubokundakı uğursuzluğu çempionatın medalı ilə unutdurmağa borcludu. Bu üzdən sumqayıtlılar autsayderlərdən birini yenməlidi. İlk baxışdan “Səbail” üçün qarşılaşma vacib görünməyə bilər. Lakin 7 turdu qalib gəlməyən Samir Əliyevin komandası həm seriyasını qırmağa, həm də Premyer Liqada yerini təmin etməyə çalışmalıdı.

 

Topaz Premyer Liqası

XXV tur

27 aprel (cümə)

 

 
19:00. “Zirə” – “Qarabağ”

Mövsümün əvvəlki oyunları: 0:0, 2:3, 0:2
Zirə İdman Kompleksinin stadionu

28 aprel (şənbə)

16:00. “Keşlə” – “Neftçi”
Mövsümün əvvəlki oyunları: 0:2, 1:3, 2:3
“İnter Arena”
 

18:00. “Qəbələ” – “Kəpəz”
Mövsümün əvvəlki oyunları: 0:2, 6:1, 1:0
Qəbələ şəhər stadionu

29 aprel (bazar)

19:00. “Sumqayıt” – “Səbail”
Mövsümün əvvəlki oyunları: 2:0, 0:0, 1:0       
Sumqayıt. Şəhər stadionu

 

1.

Qarabağ

24

18

5

1

34-8

59

2.

Qəbələ

24

12

6

6

37-24

42

3.

Sumqayıt

24

11

6

7

31-26

39

4.

Neftçi

24

11

4

9

32-24

37

5.

Zirə

24

9

8

7

30-26

35

6

Keşlə

24

5

6

13

22-37

21

7.

Səbail

24

5

5

14

16-33

20

8.

Kəpəz

24

3

4

17

15-39

13

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10