Biabırçılıq: Bakı Futbol Liqasında tanışların “sarı”ları pozulurmuş

“BeerBasha” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, bəyanatda Bakı Futbol Liqasındakı (BFL) pozuntulara toxunulub.

 

Həvəskar komanda təşkilatçıların onları aldatdığını və idman prinsiplərini pozduğunu iddia edib: “BeerBasha” həvəskarlardan ibarət futbol klubu həmişə səviyyəli yarışların bir hissəsi olub. Bu mənada BFL adlı turnirdə qeydiyyatdan keçərək iştirak etməyə başladıq. Əvvəlcədən turnirin AFFA ilə razılaşdırıldığı barədə məlumat verilsə də, sonradan əksini gördük. Oyunların qeyri-peşəkar səviyyədə təşkili, birtərəfli qaydada oyunların vaxtının dəyişdirilməsi, təşkilatçılara yaxın komandalardan sarı vərəqələrin ləğvi idman prinsiplərinə zidd olsa da, BFL yarışı özünə münasib qaydada təşkil etdi”.

 

Bəyanatda həmçinin vurğulanıb ki, yarışda reqlament kobud şəkildə pozulub: “Ona görə ədalətin bərpa olunmasını tələb edirik. Yarışın təşkilatçılarından yekun nəticələrə yenidən baxılmasını xahiş edirik. Nəticələrin yenidən yoxlanılması, səhvlərin etiraf olunması və "BeerBasha"nın layiqli olaraq çempion elan olunması aradakı anlaşılmazlıqları həll edə bilər. "BeerBasha" klubu olaraq qalib elan olunacağımız halda Moskvada keçiriləcək yarışa getməkdən imtina edirik. Amma reqlamentə uyğun qalib komandaya ayrılan pul mükafatının təqdim olunmasını tələb edirik. Ölkədə idmana, xüsusilə futbola olan yüksək səviyyədə diqqətə baxmayaraq, belə turnirlərin futbolumuz adına ləkə olmasını istəməzdik. "BeerBasha” komandası ədalətin bərpa olunması, layiqli çempionun elan olunması üçün sona qədər mübarizə aparacaq. Klub eyni zamanda təşkilatçıların reqlamenti kobud şəkildə pozan iştirakçıların cəzalandıracağına ümid edir. Biz sadəcə güclünün qalib elan olunmasını və ədalətin bərpa olunmasını istəyirik. Yalnız bu halda BFL gələcək yarışlarıyla bağlı yaranacaq şübhə və mübahisələri aradan götürə bilər”.

 

Qeyd edək ki, “BeerBasha” Bakı Futbol Liqası turnirinin finalında “İdman Azərbaycan” komandasına məğlub olub.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10