“Bavariya”-“Real” matçından sonra: Sadəlövh idik

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Bavariya”nın qonağı olan “Real” səfərdən 2:1 hesablı qələbə ilə dönüb. Apasport.az saytının məlumatına görə, ardıcıl 3-cü dəfə turnirin finalına çıxmağa yaxın olan Madrid təmçilçisi cavab matçı öncəsi böyük üstünlük əldə edib.

 

Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi və futbolçuları fikirlərini bölüşüblər. “Bavariya” cəbhəsi ələ düşən imkanları dəyərləndirməməkdən gileylənirsə, ispanlar evdəki görüşün onlar üçün daha çətin keçəcəyini düşünürlər.

 

Yupp Haynkes (“Bavariya”nın baş məşqçisi): “Kobud səhvlə “Real”a 2 qol hədiyyə etdik. Özümüz isə yaratdığımız qol imkanlarından faydalana bilmədik. Çatışmayan yalnız qol oldu. Robben və Boatenq kimi aparıcı oyunçuların zədələnməsi işimizi çətinləşdirdi. Ardından isə fasilə ərəfəsində axmaq qol buraxdıq. Əslində, hər iki top bizim rəqibə hədiyyəmiz idi. Belə yüksək səviyyəli turnirdə müdafiədə bu cür səhvlər yolverilməzdi. Qol imkanı yaxaladıqda isə bundan doğru yararlanmaq şərtdi. Təslim olmaq fikrimiz yoxdu, çünki qarşıda daha bir 90 dəqiqə bizi gözləyir”.

 

Tomas Müller (“Bavariya”nın kapitanı): “Biz çox sadəlövh idik. Kifayət qədər qol imkanı qazandığımız matçda rəqibin hesabı dəyişməsinə imkan verdik. Fasilədən sonra da hesabı 2:1-ə çatdırdılar. Nəticə tam fərqli ola bilərdi. Amma ötən mövsüm də burda məğlub olduqdan sonra Madriddə 90 dəqiqə ərzində eyni hesabla önə keçməyi bacarmışdıq”.

 

Niklas Süle (“Bavariya”nın müdafiəçisi): “Nəticə oyuna görə olmadı. Əlimizə düşən imkanları heç etdik. Əgər bu qarşılaşmada 5:2 hesabı ilə qalib gəlsəydik, “Real”ın ədalətsiz nəticədən şikayətlənmək üçün bir səbəbi olmayacaqdı”.

 

Joşua Kimmix (“Bavariya”nın müdafiəçisi): “Təəssüf ki, Robben çox tez əvəzləndi. O, müdafiəçiləri özünə çəkməklə mənə boş zona yaradırdı. Bununla Müllerin zəif oynadığını demək istəmirəm. O da hərəkətliliyi sayəsində komanda yoldaşlarına şans yaradırdı”.

 

Hames Rodriges (“Bavariya”nın yarımmüdafiəçisi): “Qələbə qazanmağa çox yaxın idik. “Real”ın cəmi 2 qol imkanı oldu və hər ikisindən maksimum yararlandı. Əvəzində isə biz 4-5 yüz faizlik şansı qaçırdıq. Bunun cəzasını çəkməli idik. Bugünkü oyunun əldən getdiyini bilirik. Cavab qarşılaşmasına köklənmək üçün bir həftə vaxtımız var”.

 

Zinəddin Zidan (“Real”ın baş məşqçisi): “Əziyyət çəkmək məcburiyyətində idik. Ancaq yekunda çox önəmli qələbə qazandıq. Çempionlar Liqasında çətinlik çəkmədən qalib gəlməyin mümkün deyil. Təəssüf ki, İsko zədələndiyi üçün mübarizəni davam etdirə bilmədi. Lakin Asensio meydana daxil oldu və qol vurdu. Topsuz oynamaq hər kəs üçün çətin olur. Ancaq biz bunu bacardıq. İsko görüşün əvvəllərində çiynindən ağrı hiss etdi. Ümid edirəm ki, zədəsi ciddi deyil. Asensio bu gün möhtəşəm oynadı, ancaq bu, xəbər deyil. O, sürətli oynamağı və tez qərar verməyi bacarır. Bütün keyfiyyətlərə sahibdi. Vaskes də əla oynadı. Riberini dayandırmaq üçün cinahda çox iş gördü, Modriç də ona kömək etdi. Buraxılan qolda təkcə Navasın yox, bir neçə oyunçunun səhvi oldu. O, ikinci hissəni əla keçirdi. Böyük motivasiyamız var, Çempionlar Liqasında səfər oyunlarını sevirik. Düzdü, rəqibin də imkanları oldu. Amma ümumilikdə matçı yaxşı nəzarətdə saxladıq. Hələ heç nə bitməyib. “Bavariya”nın “Santyaqo Bernabeu”da qələbə qazanmaq ehtimalı çoxdu. Ancaq biz də Münhendən qalibiyyətlə döndüyümüz üçün xoşbəxtik”.

 

Serxio Ramos (“Real”ın kapitanı): “Geridönüş etmək gücündə olduğumuzu bilirik. Hər kəs burda bizdən böyük zəfər gözləyirdi. Hesab edirəm ki, irəliyə doğru bir addım atdıq. Buraxılan qoldan sonra da qələbə barədə düşünürdük. Asensio meydana girib, oyunu dəyişdi. Vaskes Karvahalın yoxluğunda öz mövqeyindən imtina etdi və onun yerinə keçdi. Oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Asensio və Vaskes “Real” üçün çox vacib oyunçulardı. İndi sakit olmalı və “Bavariya”ya hörmətlə yanaşmalıyıq”.

 

Keylor Navas (“Real”ın qapıçısı): “Belə oyunlarda əylənmək lazımdı. Başqa seçim imkanınız yoxdusa, qələbə qazanmaq lazım olur. “Santyaqo Bernabeu”da bütün gücümüzü ortaya qoyacağıq. Orda da qələbə üçün oynayacağıq”.

 

Kasemiro (“Real”ın yarımmüdafiəçisi): “Bəxtimizin gətirdiyini deyə bilmərəm. Komandanın əziyyətinə hörmət etmək lazımdı. Hər kəs üzərinə düşəni etdi”.

 

Toni Kroos (“Real”ın yarımmüdafiəçisi): “Ronaldo irəlidə komanda üçün çox çalışdı. “Bavariya”nın yüksək təzyiq göstərəcəyini bilirdik. Yenidən Çempionlar Liqasını qazanmaq istəyirik. Bu, əla olardı. Haynkeslə əla münasibətim var. Onunla hələ də zəngləşirik. Haynkesə uğurlar arzulayıram, amma bu turnirdə yox”.

 

Marko Asensio (“Real”ın yarımmüdafiəçisi): “Oyundan məmnun qaldım. Çətin olacağını bilirdik. Kiçik üstünlük əldə etdik. Ancaq bu da çox vacibdi. “Bavariya” çox güclü komandadı. Onlar müəyyən anlarda oyuna diqtə etdilər. Ancaq rəqibi necə dayandıracağımızı bilirdik və daha sonra qollar vurduq. “Santyaqo Bernabeu”dakı görüş daha çətin olacaq. Özüm barədə isə onu deyə bilərəm ki, doğru yoldayam. Eyni ruh yüksəkliyi ilə davam etməliyəm”.

 

Lukas Vaskes (“Real”ın yarımmüdafiəçisi): “İkinci qolda əla əks-hücum qurduq. Rafinyanı pressinq altında saxladım və Asensio hər şeyi ideal etdi. Rəqibin heyətində Riberi çox gözəl oynadı. O, böyük futbolçudu, sanki 25 yaşı var”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10