Valentin Xodukin Azərbaycan Premyer Liqasının tarixinə düşüb
29.05.2008 - 12:21
Valentin Xodukin Azərbaycan Premyer Liqasının tarixinə düşüb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakının “İnter” klubunun baş məşqçisi Valentin Xodukin Azərbaycan Premyer Liqasının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, 69 yaşlı mütəxəssis Azərbaycan çempionu olan ilk əcnəbi çalışdırıcı olub. Bu titulu qazanan 7-ci məşqçi olan ukraynalı mütəxəssis “Olimpik”dən olan həmkarı Əsgər Abdullayevin tarixə düşmək şansını da heçə endirib. Belə ki, 48 yaşlı çalışdırıcının komandası çempion adını qazansaydı, Azərbaycan futbolunda ilk hadisə olacaqdı. İndiyədək heç kim həm oyunçu, həm baş məşqçi kimi Azərbaycan çempionu ola bilməyib. İki il əvvəl buna yaxın olan Yunis Hüseynov kimi Ə.Abdullayev də bu imkanı əldən verib. Hər iki mütəxəssis ilk dəfə futbolçu kimi 1992-ci ildə “Neftçi”nin heyətində Azərbaycan çempionu olsa da, baş məşqçi postunda bu uğuru təkrarlaya bilməyib. Maraqlıdır ki, bu mövsüm hər üç mükafatın sahibi karyerasında ilk dəfə Azərbaycan çempionatını medalla bitirib. Ə.Abdullayev və V.Xodukinlə yanaşı, komandasını “üçlüy”ə çıxaran Anatoli Demyanenko ölkəmizdə debüt etdiyi il buna nail olub. Qeyd edək ki, Premyer Liqanın 3 mükafatçısından ikisi ukraynalıdır ki, onlara qədər əcnəbi mütəxəssislər Azərbaycanda yalnız bir dəfə gümüş medal (2004/05 mövsümündə Rasim Kara) qazanmışdı.

Baş məşqçi

Çempion

II yer

III yer

Ağasəlim Mircavadov

5

1

1

Mehman Allahverdiyev

3

1

2

Kazbek Tuayev

3

2

-

Əhməd Ələsgərov

1

-

2

Böyükağa Hacıyev

1

-

1

Elbrus Abbasov

1

-

-

Valentin Xodukin

1

-

-

Sabir Əliyev

-

2

-

Qəhrəman Əliyev

-

1

1

Yunis Hüseynov

-

1

1

Nadir Qasımov

-

1

-

Şamil Heydərov

-

1

-

Asəf Namazov

-

1

-

Oqtay Abdullayev

-

1

-

Rasim Kara

-

1

-

Əsgər Abdullayev

-

1

-

Qurban Qurbanov

-

1

-

Zahid Hüseynov

-

-

1

Ruslan Abdullayev

-

-

1

Vaqif Sadıqov

-

-

1

Rəşid Özbəyov

-

-

1

Ramiz Kazımov

-

-

1

Şahin Diniyev

-

-

1

Anatoli Demyanenko

-

-

1

0