Rauf Əliyev: “Göyçay rayonunda milli komandalar üçün təlim-məşq bazası yaradılır”
29.05.2008 - 12:53
Rauf Əliyev: “Göyçay rayonunda milli komandalar üçün təlim-məşq bazası yaradılır”
Onun sözlərinə görə, Göyçay şəhər stadionunda tezliklə bərpa işlərinə başlanılacaq: “Çox güman ki, gələn həftə bərpa işlərinə start veriləcək. Daha sonra soyunub-geyinmə otaqları, yeməkxana tikiləcək. Ümumiyyətlə, Göyçayın iqlimi yaxşı olduğundan həm oğlanlardan, həm də qızlardan ibarət yığmalarımız burada yerləşən stadiondan təlim-məşq bazası kimi yararlanacaqlar”. AFFA rəsmisi digər rayon stadionlarında da monitorinq aparılmasının nəzərdə tutulduğunu söyləyib: “Elə stadionlar var ki, onlar Gənclər və İdman Nazirliyinin deyil, başqa nazirliklərin balansındadır. Bu, işimizə bir qədər çətinlik törədir. Amma istənilən halda, uşaqların məşq keçmələri və futbol oynamaları üçün bütün regionlarda stadion hazırlanacaq”.
0