“Bakı trekində ötmə üçün daha çox imkan var” - Daniel Rikkardo

“Monako və Sinqapurdan fərqli, Bakı trekində ötmə üçün daha çox imkan var. Ən böyük çətinlik isə tormozlamaqdı”. Apasport.az saytının məlumatına görə, bunu “Red Bull”un pilotu Daniel Rikkardo deyib.

 

28 yaşlı avstraliyalı pilot “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə fikirlərini açıqlayıb. Ötən il analoji yürüşün qalibi olan Rikkardo bildirib ki, paytaxtımızda əyləc nöqtələrinin sayı çoxdu, səhv etmək yolverilməzdi: “Bakıda yarışmağın çətinliyi əyləc limitini tapmaqdı. Ötən il Azərbaycan Qran-prisində baş verənlər bir çoxları üçün ağlasığmaz idi. Keçən həftə Şanxayda olduğu kimi, komandanın möhtəşəm strategiyası var idi. Yarışın qalibi olacağım ağlıma belə gəlməzdi, amma rəqiblərimin hamısını ötüb keçirdim. Finiş xəttini keçəndə yarışı qələbə ilə başa vurmağıma inana bilmirdim. Gərgin, əyləncəli və unudulmaz bir yarış idi”.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10