[b]Məmmədyarov qalib gəldi, Məmmədov uduzdu - YENİLƏNİB[/b]
27.04.2018 - 19:31
[b]Məmmədyarov qalib gəldi, Məmmədov uduzdu - YENİLƏNİB[/b]

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri davam edir. Apasport.az saytının məlumatın görə, yarışda bu gün VIII turun oyunları keçirilib.

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov çexiyalı David Navara ilə qarşılaşıb. “Şah” ağ fiqurlarla uğursuzluq zolağından çıxmağa nail olub və rəqibinə qalib gəlib.

 

Teymur Rəcəbov da bu tur “ağlar”la oynayıb. O, rusiyalı rəqibi Sergey Karyakinlə "sülh" bağlayıb.

 

Millimizin digər üzvü Rauf Məmmədov isə çinli Dinq Lirenə məğlub olub.

 

“Shamkir Chess 2018”

VIII tur

27 aprel

 

Teymur Rəcəbov (Azərbaycan, 2748) – Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan, 2749) – Radoslav Voytaşek (Polşa, 2744) - 0:1

Aniş Giri (Hollandiya, 2777) – Maqnus Karlsen (Norveç, 2843) - 0:1

Dinq Liren (Çin, 2778) – Rauf Məmmədov (Azərbaycan, 2704) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) – David Navara (Çexiya, 2745) - 1:0

 

Turnir cədvəli: Karlsen – 5.5; Liren - 5 xal; Topalov, Qiri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3.5; Navara – 2.

0