“Karvan” klubunun rəhbərliyi 19 futbolçusunu heyətdən kənarlaşdırıb
29.05.2008 - 14:11
“Karvan” klubunun rəhbərliyi 19 futbolçusunu heyətdən kənarlaşdırıb
Tarixinin ən uğursuz mövsümünü keçirən yevlaxlılar Əziz Quliyev, Cavid Rəhimov, Eldar Hüseynov və İlham Yədullayev istisna olmaqla, bütün oyunçularının xidmətindən imtina edib. Müqaviləsi bitən 9 oyunçu ilə - Aleksandr İntskirveli, Roman Axalkatsi, Qoça Trapaidze (hamısı Gürcüstan), Məkan Nəsirov (Türkmənistan), Cavad Mirzəyev, Sahil Kərimov, Zeynal Zeynalov, Mətləb Məmmədov və Mübariz Orucovla anlaşmanı uzatmayan “Karvan” daha 9 oyunçusunu transferə çıxarıb. Hələ mövsümün gedişində Türkmənistana göndərilən Məmmədəli Karadanovdan sonra imtina olunan 9 oyunçudan 3-ü legionerdir. Yevlax təmsilçisi braziliyalı Ernani Pereyra, tunisli Bəşir Müqədi, kot d’ivuarlı Süleyman Kamara, həmçinin yerli futbolçular Orxan Məmmədov, Emil Hüseynov, Elnur İmanquliyev, Elçin Cəfərov, Samir Abdulov, Rövşən Durmuşovu transferə çıxarıb.
Qeyd edək ki, yeni mövsümün hazırlıqlarını iyunun 15-də başlayacaq Yunis Hüseynovun komandası hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.


0