Azərbaycan yığmasının üzvləri ən yaxşı voleybolçuların siyahısında yer almayıblar
29.05.2008 - 14:15
Azərbaycan yığmasının üzvləri ən yaxşı voleybolçuların siyahısında yer almayıblar
Bakı. Kənan Həsənov - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən beynəlxalq turnirin təşkilatçıları ən yaxşı qadın voleybolçuların adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ilk dəfə təşkil olunan yarışda 7-ci yeri tutan Azərbaycan milli komandasının üzvləri fərqləndirilənlər siyahısında yer almayıblar. Turnirin ən dəyərli oyunçusu, finalda Kubaya uduzaraq ikinci olan Hollandiya yığmasının lideri Manon Flir seçilib. Erika Merloya (İtaliya) ən yaxşı libero, Yanelis Santosa (Kuba) ən yaxşı oyun qurucusu, Nadya Çentoniyə (İtaliya) ən yaxşı hücumçu üçün təsis edilən mükafat verilib.
0