[b]Slovakiya – Estoniya matçı azərbaycanlı hakimə tapşırıldı[/b]
28.04.2018 - 13:47
[b]Slovakiya – Estoniya matçı azərbaycanlı hakimə tapşırıldı[/b]

Kişi voleybolçular arasında Qızıl Avropa Liqasının ilk turuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası A qrupunun Slovakiya – Estoniya görüşünü azərbaycanlı referi Eldar Zülfüqarova həvalə edib.

 

Həmyerlimiz mayın 19-da Poprad şəhərində baş tutacaq görüşdə əsas hakim olacaq. Ona yerli referi Yana Niklova köməklik edəcək.

0