Premyer Liqada hamıdan çox qırmızı vərəqə alan futbolçu kimdir?
29.05.2008 - 16:16
Premyer Liqada hamıdan çox qırmızı vərəqə alan futbolçu kimdir?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyev Premyer Liqanın antirekordçusu olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Standard” klubunun kapitanı “Gənclərbirliyi” ilə görüşdə qırmızı vərəqə almaqla, XVI Azərbaycan çempionatında 3-cü dəfə meydandan qovulub. Birinci dövrədə “İnter”, mövsümün ikinci yarısında “Olimpik”lə görüşü erkən bitirən K.Quliyev sumqayıtlılarla matçda növbəti dəfə bu aqibəti yaşayıb.
Qeyd edək ki, Yaşar Abuzərov (“Olimpik”), Fernando Peres (“Bakı”) və Ramin Hacıyev (“Simurq”) hərəyə iki dəfə Premyer Liqa oyununda qırmızı vərəqə alıb.
0