NBA: "Klivlend" yarımfinalda, "Hyuston"dan qələbə - VİDEO

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

Şərq konfransında yarımfinala sonuncu vəsiqənin taleyinə aydınlıq gəlib. "İndiana Peysers"i məğlub edən "Klivlend Kavalyers" adını son dördlüyə yazdırıb.

 

Qərb konfransında isə növbəti yarımfinal seriyasına start verilib. Müntəzəm çempionatın lideri "Hyuston Rokets" Riki Rubiodan məhrum "Yuta Caz"a şans verməyib.

 

NBA

Pley-off

Şərq konfransı

"Klivlend Kavalyers" - "İndiana Peysers" - 105:101

"Klivlend": Ceyms (45 xal, 9 ribaund, 7 assist, 4 top oğurlama)

"İndiana": Oladipo (30 xal, 12 ribaund, 6 assist, 3 top oğurlama)

Seriyada hesab: 4-3 ("Klivlend" konfrans yarımfinalına vəsiqə qazanıb)

 

Qərb konfransı

"Hyuston Rokets" - "Yuta Caz" - 110:96

"Hyuston": Harden (41 xal, 8 ribaund, 7 assist, 1 top oğurlama)

"Yuta": Mitçell (21 xal, 5 assist, 3 ribaund)

Seriyada hesab: 1-0 ("Hyuston")

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10