[b]“Qalatasaray” yığmamızın hücumçusuna “elçi” düşdü[/b]
30.04.2018 - 10:47
[b]“Qalatasaray” yığmamızın hücumçusuna “elçi” düşdü[/b]

“Fənərbaxça” Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova ilə müqaviləni yeniləməyəcək. Apasport.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Sultanlar Liqasını 3-cü yerdə bitirən İstanbul təmsilçisi artıq bir neçə oyunçusu ilə vidalaşıb.

 

Bunlar sırasında yığmamızın 28 yaşlı hücumçusu da var. Ancaq Polinanın Türkiyədə qalmaq ehtimalı da var. Ona bu dəfə “Qalatasaray” “elçi” düşüb. Lakin Türkiyə ilə yanaşı, bir neçə ölkədən təklif alan Rəhimovanın hələlik qərarını açıqlamağa tələsmədiyi bildirilir.

 

Qeyd edək ki, Polina 2014-cü ildə “Azərreyl” (həmin vaxt “Azəryol” adlanırdı) Cənubi Koreyanın “Hyundai” klubuna transfer olunub. Həmin vaxtdan isə legioner həyatı yaşayıb. O, 2015-2017-ci illərdə Yaponiya “Toyota”sında çıxış edib. Polina 2017/2018 mövsümünü “Fənərbaxça”da keçirib.

0