Məmmədyarov mövqeyini itirdi, Məmmədzadə böyük sıçrayış

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, may üçün müəyyənləşən siyahıda Azərbaycan yığmasının 9 üzvü yer alıb.

 

Yığmamızın lideri Şəhriyar Məmmədyarov 2-ci pillədəki yerini itirib. Norveçli Maqnus Karlsenin (2843) birinci olduğu cədvəldə təmsilçimizi  Fabiano Karuana (ABŞ, 2818) qabaqlayıb. Məmmədyarovun hesabında 2808 xalı var və o, ötən ayla müqayisədə 6 xal geri düşüb.

 

Ondan fərqli, Teymur Rəcəbov mövqeyini yaxşılaşdırıb. 2751 xala malik həmyerlimiz 2 rəqibini qabaqlayaraq, 16-cı yerə qalxıb. O, 7 xal irəli düşüb. Rauf Məmmədovla Eltac Səfərli də irəliləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 5 və 8 pillə qabağa gediblər. Hər şahmatçı xallarını 4 vahid artırıb. Nəticədə Məmmədov 2708 xalla 33-cü, Səfərli 2657 xalla 92-ci pilləyə yüksəlib.

 

Bu şahmatçılardan fərqli, Arkadi Naydiçlə Qədir Hüseynov geriləyiblər. Milliləşdirilmiş legionerimiz 2 pillə və 4 xal itirib. O, hazırda 2697 xala malikdi. Hüseynov isə 4 rəqibini özündən irəli buraxıb. Onun xalı yenə 2654 olsa da, digərlərinin əmsallarını artırması üzündən geri düşüb və 100-cü pilləyə enib.

 

Qadınların “Top-100”ündə isə artım müşayiət olunub. Yığmamızın lideri Zeynəb Məmmədyarova yenidən ən güclülər sırasına qayıdıb. O, 4 aydan sonra xalını 2367-yə yüksəldərək, 96-cı yerə qərarlaşıb. Zeynəb kimi, Gülnar Məmmədova da “100-lüy”ə qayıdıb. O, 2360 “Top-100”ü qapayır. Ötən ay həmin mövqedə olan Ülviyyə Fətəliyeva isə siyahını tərk edib.

 

Ən yaxşı qadın şahmatçımız Günay Məmmədzadə isə böyük sıçrayış edib. Aktivinə 50 xal yazmaqla, 2442-yə çatan təmsilçimiz 36 pillə irəliləyib və 35-ci sırada yer alıb. Bu siyahıda 2658 xalla çinli Yifan Hou birincidi.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10