[b]NBA: “Boston” “Filadelfiya”nı məğlub etdi - VİDEO[/b]
01.05.2018 - 09:39
[b]NBA: “Boston” “Filadelfiya”nı məğlub etdi - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 1 qarşılaşma keçirilib.

 

Şərq konfransında “Boston Seltiks” “Filadelfiya 76ers”i qəbul edib. Görüş başdan sona ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə, “Filadelfiya”nı məğlub edən “Boston” seriya hesabında 1:0 irəli çıxıb.

 

NBA

Pley-off

Şərq konfransı

 

“Boston Seltiks” – “Filadelfiya 76ers” – 117:101

“Boston”: Rozye (29 xal, 8 ribaund, 6 assist, 2 top oğurlama, 1 blok)

“Filadelfiya”: Embiid (31 xal, 13 ribaund, 5 assist, 1 blok)

Seriyada hesab: 1-0 (“Boston”)

 

 

0