[b]NHL: “Tampa-Bey” seriyanı bərabərləşdirdi, “Veqas” öndə[/b]
01.05.2018 - 11:00
[b]NHL: “Tampa-Bey” seriyanı bərabərləşdirdi, “Veqas” öndə[/b]

Milli Xokkey Liqasının (NHL) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə iki qarşılaşma keçirilib.

 

Şərq konfransında “Tampa-Bey Laytninq” “Boston Bryuinz”i qəbul edib. Son iki perioddakı üstün oyunu sayəsində qələbə qazanan “Tampa” seriya hesabını bərabərləşdirib.

 

Qərb konfransında isə “Veqas Qolden Nayts” “San-Xose Şarks”ın qonağı olub. Overtayma gedən oyundan qalib ayrılan “Veqas” seriyada önə keçib.

 

 

NHL

 

Pley-off

 

Şərq konfransı

 

“Tampa-Bey Laytninq” – “Boston Bryuinz” – 4:2

 

Seriyada hesab: 1-1

 

 

Qərb konfransı

 

“San-Xose Şarks” – “Veqas Qolden Nayts” – 3:4 (overtaym)

 

Seriyada hesab: 2-1 (“Veqas”)

0