Azərbaycan futbol yığması Özbəkistana yollanıb
29.05.2008 - 18:15
Azərbaycan futbol yığması Özbəkistana yollanıb
Bakı. Aqşin Əliyev - APA-Sport. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Özbəkistanla yoldaşlıq görüşü keçirmək məqsədilə bu gün Daşkəndə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, yığmanın heyətində səfərə 18 futbolçu aparılıb. Baş məşqçi Yaşar Vahabzadənin yetirmələri özbəkistanlı həmyaşıdları ilə ilk oyuna sabah çıxacaqlar. Tərəflər arasında ikinci yoldaşlıq matçı isə iyunun 1-nə təyin edilib. Özbəkistana qarşı keçiriləcək oyunlar U-19 üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq. Milli komandamız iyunun 2-də vətənə dönəcək.
0