[b]Şarapova “əllilik”dən uzaqlaşdı, Halep birincidi[/b]
02.05.2018 - 16:36
[b]Şarapova “əllilik”dən uzaqlaşdı, Halep birincidi[/b]

WTA ötən həftənin yekunlarına əsasən, qadın tennisçilərin yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “ilk onluq”da dəyişiklik olmayıb.

 

Simona Halep birinci sırada qərarlaşıb. Karolin Voznyaçki təkcə rumın tennisçidən geri qalır, Qarbinye Muqurusa üçüncüdü.

 

Ştutqartda çempionluq yaşayan Karolina Plişkova 5 min xalı keçən altıncı tennisçi olub. Sözügedən turnirin finalçısı Koko Vandeveye “ilk on beşliy”ə qədər irəliləyib. Ştutqartdakı xallarını müdafiə edə bilməyən Mariya Şarapova isə top-50-dən uzaqlaşıb.

 

WTA reytinq cədvəli

 

1 (1) Simona Halep (Rumıniya) – 8055 xal

2 (2) Karolin Voznyaçki (Danimarka) – 6790 xal

3 (3) Qarbinye Muqurusa (İspaniya) – 6055 xal

4 (4) Elina Svitolina (Ukrayna) – 5450 xal

5 (5) Alena Ostapenko (Latviya) – 5382 xal

6 (6) Karolina Plişkova (Çexiya) – 5100 xal

7 (7) Karolin Qarsiya (Fransa) – 4700 xal

8 (8) Vinus Uilyams (ABŞ) – 4276 xal

9 (9) Sloun Stivens (ABŞ) – 3939 xal

10 (10) Petra Kvitova (Çexiya) – 3271 xal

13 (16) Koko Vandevey (ABŞ) – 2738 xal

53 (41) Mariya Şarapova (Rusiya) – 1073 xal

0